Mingəçevir polisi əməliyyat keçirib, saxlanılanlar var - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.
Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı 470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis əməkdaşları tərəfindən Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman orada olan və onunla iş birliyi quran Səməd İsayev də narkotiklərin,eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Şəxsi axtarış zaman həmin şəxsdən isə metamfetamin aşkarlanıb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 6 qramdan artıq kustar üsulla hazırlanmış marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyən olunub. Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı ŞPŞ-də cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.








10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










