Mingəçevirdə keçmiş məhkum heroinlə saxlanılıb - FOTO

Mingəçevir şəhərində dəfələrlə məhkumluq həyatı yaşayan şəxs yenə heroinlə saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az - a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













