Mingəçevirdə quldurluq edən şəxs saxlanılıb - FOTO
Xəbərlər
13 Aprel 2021 14:12

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən vətəndaş Ə.Həsənzadə Xətai küçəsində naməlum şəxsin ona yaxınlaşıb danışmaq üçün mobil telefonunu istədiyini, vermədikdə isə xəsarət yetirib telefonu götürərək hadisə yerindən qaçdığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib. Zərərçəkmişə məxsus mobil telefon da S.Osmanovun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub : 1090
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
ŞƏRH YAZ












