Misir hökuməti Süveyş kanalında hərəkətin dayanmasına görə 550 milyon dollar kompensasiya tələb edir

Misir hökuməti apreldən bəri girov saxladığı nəhəng konteyner gəmisini buraxır.
Misir aprel ayından bəri girov saxladığı Ever Given konteyner gəmisinin buraxılması üçün kompensasiya barədə gəmi sahibləri ilə razılığa gəlib.
Hər iki tərəf dünən və bugünkü açıqlamalarında gəminin çərşənbə günü - iyulun 7-də azad ediləcəyini bildirib.
Xatırladaq ki, 400 metr uzunluğunda nəhəng gəmi 2021-ci il martın 23-də güclü külək səbəbindən Süveyş kanalında saya oturmuş, 6 gün ərzində kanalda hərəkəti iflic edərək, 400-dən artıq gəmini ləngitmişdi. Bloomberg kanalın bloklanmış vəziyyətdə qaldığı hər gün üçün qlobal ticarətə təxminən 9,6 milyard dollar ziyan dəydiyini hesablamışdı. Gəminin göyərtəsindəki yüklərin dəyəri isə 775 milyon dollara yaxın idi.
Misir hökuməti gəmini aprel ayından bəri kanala giriş yolundakı göldə girov saxlayaraq, əvvəlcə 916 milyon dollar, o cümlədən 300 milyon dollar xilasetmə bonusu, 300 milyon dollar isə nüfuz itkisinə görə cərimə tələb etmişdi. Gəmini sığortalayan UK Club şirkəti bu məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra Misir kompensasiya tələbini 550 milyon dollara qədər azaldıb. Süveyş Kanal İdarəsinə ödənəcək kompensasiyanın yekun məbləği hələlik açıqlanmır./marja













