Misir Süveyş kanalının bağlanmasına görə 1 milyard dollardan çox təzminat tələb edir

Misir “Ever Given” konteyner daşıyan gəmisinin saya oturması səbəbindən Süveyş kanalında təqribən bir həftə ərzində hərəkətin bağlanmasına görə 1 milyard ABŞ dollarından çox təzminat istəyir. Bu barədə Süveyş kanalı idarəsinin rəisi Ossam Rabey bildirib.
“Araşdırma rəvan getsə və təzminat məbləği razılaşdırılsa, gəmi problemsiz yoluna davam edə biləcək. Ancaq təzminat məsələsi məhkəmə prosesi ilə əlaqəli olarsa, “Ever Given” və onun təxminən 3,5 milyard ABŞ dolları dəyərindəki yükünün Misirdən çıxmasına icazə verilməyəcək”, - O.Rabey deyib.
Ödəniş məbləğinə xilasetmə əməliyyatının dəyəri, Süveyş kanalının bağlı olduğu müddətdə hərəkətin dayandırılması və tranzit yığımları əldə edilməsinin qeyri-mümkünlüyü nəticəsində dəymiş zərərin məbləği daxildir.
200 min tondan çox yükgötürmə qabiliyyəti olan gəmi hazırda kanal holdinqinin göllərindən birindədir. Hökumət və gəminin menecerləri hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyirlər.
Xatırladaq ki, martın 23-ü səhər saatlarında 400 metrlik “Ever Given” konteyner gəmisi saya oturaraq Süveyş kanalının əsas axınında tıxac yaradıb. Martın 28-də gündüz saatlarında gəmini saydan çıxarmaq və ən işlək dəniz keçidlərindən birində hərəkəti bərpa etmək mümkün olub. Kanalın bağlı olduğu hər gün dünya ticarətinə 400 milyon ABŞ dollarına başa gəlib. (“Report”)
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












