Möminə xatun türbəsinin bərpasına başlanıldı

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə start verilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib.
Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












