Metroda ölən şəxsin qardaşının küçədə meyiti tapılıb - FOTO - VİDEO

Moskvada metronun “Sxodnenskaya” stansiyasının platformasında ölən şəxsin qardaşının yaxınlıqdakı Svoboda küçəsində meyiti tapılıb.
APA “REN TV”yə istinadən xəbər verir ki, metroda qatarın altına yıxılarkən 22 yaşlı Qara Əzizovu xilas etmək istəyən böyük qardaşı, 26 yaşlı Əlixan Əzizov özü həlak olub.
Q.Əzizovun hadisədən əvvəl platformada sevgilisi ilə mübahisə etdiyi bildirilir. Hadisə zamanı Qaranın böyük qardaşı da onların yaxınlığında olub.
Q.Əzizov onu xilas etməyə çalışan qardaşının qatarın altına düşdüyünü gördükdən sonra metrodan çıxaraq qaçmağa başlayıb.
Lakin bir neçə saat sonra onun metrostansiyadan bir neçə kilometr aralıda Svoboda küçəsində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.
Xatırladaq ki, “Sxodnenskaya” metrostansiyasında sözügedən hadisə noyabrın 13-də baş verib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












