Mülki məhkəmə işlərində vətəndaşlar vəkillə təmin olunacaq - VİDEO

Mülki məhkəmə işlərində də vətəndaşlar dövlət hesabına vəkillə təmin olunacaq.
Qanunvericiliyə görə hazırda cinayət işləri ilə bağlı məhkəmə prosesinin bütün mərhələlərində şəxs vəkillə pulsuz təmin edilir. Eləcə də o, öz istəyinə uyğun pulla da vəkil tuta bilir.
Mülki məhkəmə proseslərində isə yalnız Ali Məhkəməyə kassasiya şikayəti verildikdə şəxsə dövlət hesabına vəkil verilir. Burada isə uyğunsuzluq əmələ gəlir.
Mövzunu şərh edən millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, bu balanssızlığı aradan qaldırmaq üçün birinci və ikinci instansiya məhkəmələrində də vətəndaşın dövlət hesabına vəkillə təmin olunması təklif edilir.
Bəhruz Məhərrəmov deyib ki, bu instansiyalarda vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi üçün büdcənin əlavə yüklənməsinə də ehtiyac yoxdur. Çünki hər il vəkilliyin inkişafı üçün xeyli vəsait ayrılır və ilin sonunda Vəkillər Kollegiyası bu vəsaitin böyük hissəsini büdcəyə geri qaytarır. Həmin vəsaiti büdcəyə qaytarmamaqla vətəndaşların pulsuz hüquqi yardımla təminatını həyata keçirmək olar. Pulsuz hüquqi yardımın aztəminatlı şəxlərə göstərilməsi nəzərdə tutulub.
Artıq bununla bağlı qanun layihəsi də hazırlanıb. Avropa İttifaqının ekspertləri və yerli dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hazırlanan layihə hazırda ekspertiza mərhələsindədir. Qanun layihəsinin gələn ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












