Banner

Naftalanda sanatoriyada yanğın olub

Xəbərlər 17 Avqust 2021 14:14 Oxunub 854
Naftalanda sanatoriyada yanğın olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naftalan şəhərində ümumi sahəsi 532 m² olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 m² sahədə yanıb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh