"Narkomaniya cəmiyyətin qəddar düşmənidir" - FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə Qosmalian kənd tam orta məktəbində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir" mövzusunda maarifləndirici görüş keçirilib. Avtosfer.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniyanın fəsadları, miqyası artdıqca onunla mübarizə daha da aktuallaşır. Bu baxımdan polis əməkdaşları hazırki dövrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat tədbirləri həyata keçirməklə yanaşı maarifləndirmə işlərini də təşkil edir, yeniyetmə və gənclərin bu bəlaya qarşı daha çox məlumatlı olmasına çalışırlar. Çıxışlarda qeyd olunub ki, narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində cəmiyyətin, ailənin də dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında lazımi məlumatları verməlidirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













