Narkotik istifadə edən yeniyetmələrdə bu davranışlar olur - VİDEO

Yeniyetməlik dövrü davranışların kökündən dəyişdiyi dönəmdir. Bu səbəbdən valideynlər övladlarında fərqli vəziyyətin olub-olmamasını ayırd edə bilmir.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişində narkotik istifadə edən yeniyetmələrin davranışı barədə danışan psixiatr Azər Bağırov deyib.
O, valideynlərə şübhəli davranışları olan bəzi yeniyetmələrin narkotik testindən keçilməsini məsləhət görüb:
“Burada uşaqların təhsil səviyyələrinin aşağı düşməsi diqqət yetirməli məqamdır. Bir il əvvəllə müqayisədə nəticələri yaxşı olan belə yeniyetmələr bir anda dərslərdən uzaqlaşır və tamamilə həvəssiz yanaşır. Yaxud da ailənin tanımadığı yaşıdları qrupuna qoşulurlar, aqressiv davranışlar, evə gec gəlmə halları baş verir. Həmçinin valideynlərin hər dediyindən qıcıqlanma, onlara etiraz etmək kimi davranışlar sərgilənir. Bundan başqa, narkotik istifadəsindən sonra toksik təsirin verdiyi müəyyən hallar var ki, onlar bədən əlamətləri ilə müəyyənləşir. Məsələn, narkotik vasitələrdən sonra gözlərdə qızarma çox bilinən haldır. Həmçinin danışığın, hərəkətlərin pozulması, səbəbsiz gülmə, çöldən gəldikdən sonra təcili yatmağa gedilməsi kimi hallar valideynləri şübhələndirə bilər. Bu şübhələrdən sonra yeniyetmələrin narkotik istifadə edib-etməməsini dəqiqləşdirmək üçün analiz verilməsi vacibdir. Lakin hər şübhəyə görə onları test etməyə ehtiyac yoxdur”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












