Narkotik satmaqda şübhəli bilinən Cəlilabad sakini saxlanılıb - FOTO
Xəbərlər
7 Sentyabr 2021 12:45

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxunub : 1198
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 22:22
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
11 Sentyabr 2026 19:30
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 Sentyabr 2026 19:04
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
11 Sentyabr 2026 18:17
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
11 Sentyabr 2026 18:11
Daha bir ekspres marşrut xətti AÇILIR
10 Sentyabr 2026 22:03
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
10 Sentyabr 2026 20:21
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
10 Sentyabr 2026 19:22
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
10 Sentyabr 2026 18:54
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
10 Sentyabr 2026 11:14
İlham Əliyev Fərman İMZALADI
10 Sentyabr 2026 10:41
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
9 Sentyabr 2026 23:32
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
ŞƏRH YAZ










