Banner

Narkoşəbəkəyə ağır zərbə: 104 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

Xəbərlər 18 Noyabr 2026 18:22
Narkoşəbəkəyə ağır zərbə: 104 kiloqram narkotik dövriyyədən çıxarıldı  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi 104 kq narkotik vasitə və 8 070 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirilib.

Belə ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar. Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8 070 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

YouTubehttps://www.youtube.com/watch?v=yltQ47OUuOw

 

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh