Narkotikə qarşı birgə əməliyyat - 4 nəfər tutuldu

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Rəsulov Kamil Səttar oğlu Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərov Elçin Əliağa oğlu, 1985-ci il təvəllüdlü İsgəndərov Gülağa Əliağa oğlu və 1989-cu il təvəllüdlü Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












