NASA İlon Maskın Ay modulu müqaviləsini dayandırdı

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) İlon Maskın "Space X" şirkəti ilə Aya qonma modulunun işlənib hazırlanması iə bağlı müqaviləsini dayandırıb.
Avtosfer.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu NASA rəsmisi Minika Uitt deyib.
Xatırladaq ki, həmin müqavilə Artemis proqramı çərçivəsində Yerin təbii peykinin səthinə astronavtların çatdırılmasını və bunun üçün müvafiq modulun hazırlanmasını nəzərdə tutur.
Məsələ bundadır ki, haqqında danışılan müqavilə uğrunda mübarizə aparan digər şirkətlər – Blue Origin və Dynetics İlon Maskın qələbəsinə qarşı ABŞ baş nəzarət idarəsində iddia qaldırıblar.
Uitt bildirib ki, NASA artıq Space X-ə 2,9 milyardlıq layihənin dayandırılması barədə məlumat verib.
"Müqavilə satınalmalarla bağlı çəkişmələr bitənədək dayandırılıb", - deyə Uitt bildirib.
Xatırladaq ki, aprel ayında SpaceX şirkətiinin Aya astronavtlar göndərəcəyi barədə xəbər verilib. Belə ki, şirkət bunun üçün NASA-nın müvafiq müqaviləsi uğrunda müsabiqədə qalib olub. Müsabiqədə həmçinin Blue Origin, Lockheed Martin, Northrop Grumman, Draper, habelə Dynetics şirkətləri iştirak edib.
Müqaviləyə əsasən, Space X şirkəti Orion gəmisində dörd nəfər astronavtı Ayətrafı stansiyaya göndərməli idi. Bundan sonra isə astronavtlardan ikisi Maskın şirkətinə məxsus Starship gəmisində Ayın səthinə çatdırılmalı idi.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












