Naviqatordan istifadə edən sürücülər ehtiyatlı olun - Cərimələnə bilərsiniz - VİDEO

Yolu tanımadıqda, yaxud yolda sıxlığı öyrənmək istədikdə bir çox sürücü naviqatorlardan istifadə edir. Bəzən isə naviqatorlar yanlış yol göstərir. Bu dəfə isə naviqtaor giriş qadağan olunan yolu alternativ yol kimi göstərərək sürücünün cərimələnməsinə səbəb olub.
Naviqatorla hərəkət edən sürücü cərimə olunub.
Yusif Şıxəliyev ölkənin ilk rəsmi naviqasiya sistemi olan Aznavdan istifadə edir. Sürücü deyir ki, şəhərdə sıxlığın olub olmamasını və tanımadığı yolları bu proqramın köməyi ilə öyrənir. Lakin sonuncu dəfə naviqator ona giriş qadağan edilən küçə ilə hərəkət istiqaməti göstərib.
Yusif Şıxəliyevin sözlərinə görə, təkrar həmin əraziyə baxış keçirəndə giriş qadağandır nişanını sonradan görüb. Yenidən tətbiqi yoxladıqda proqramın eyni yolu göstərdiyini görüb.
Məsələylə bağlı Aznav şirkətindən bildirdilər ki, mobil tətbiqin məlumat bazasında olan məlumatlar rüblük və yarımillik dövrlərlə yenilənir. AzNav, məlumat bazasında mövcud olan informasiyanın dəqiqliyinə zəmanət vermir. İstənilən yol-hərəkəti qaydalarının pozuntusuna görə cərimə və ya başqa cəza aldığınız halda, AzNav istənilən növ ziyan üçün məsuliyyət daşımır. Bu barədə tətbiq daxilində "Məsuliyyətdən imtina" bölməsində məlumat da verilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












