Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.
Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.
Məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə- əvvəlcədən təyin olunmuş məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.
Eyni zamanda, iyul ayının 15-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyəti məhdudlaşdırılan şəhərlərarası (rayonlararası) gecə reysləri də bərpa olunur.
Sərnişinlər həm Naxçıvan, həm də gecə reysləri üzrə biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər.
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












