Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.
Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na “1.4.1.9.0.0” paraqrafı əlavə edilib. Bununla da Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı üzrə digər gəlirlərinə “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert” də daxil edilib.
“Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.
Əlavə edilib ki, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












