Nazirlik rəsmisindən təcili yardımla bağlı əhaliyə ÇAĞIRIŞ

“Təcili yardımdan narazı olanların əksəriyyəti yüngül problemlərlə çağırış edən insanlardır”.
Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.
Onun sözlərinə görə, təcili yardıma müraciətlər çeşidləmə əsasında qeydə alınır. İlk olaraq təcili çağırışlar icra olunur:
“Bəzən bir nəfər 4-5 dəfə zəng edir ki, bu da xətlərin yüklənməsinə və nəticədə ağır xəstələrin kənarda qalmasına səbəb olur. Əhalidən xahiş edirik ki, yalnız təcili hallar zamanı müraciət edilsin. İlk öncə təcili çağırışlar icra edilir, ağır xəstələrə yardım edilir, sonra təxirəsalınmaz çağırışları icra edirik.
Məsələn, insanın qızdırması 37 dərəcə olur, deyir ki, gəlib analiz götürülsün. Belə insanları istiqamətləndirəndə aqressiv yanaşırlar. Hətta ağır xəstələrdən müayinə materialı götürəndə, bunun cavabını almaq üçün bizə müraciət edirlər”.
“Təcili yardım ağır xəstələrdən müayinə götürüb müvafiq laboratoriyalara göndərir. Analizin cavabı bizdə olmur”, - deyə o əlavə edib. (Oxu.az)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












