“Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…” - Deputat dövlət qurumlarına çağırış etdi

Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır.
Avtosfer.az xəbər verir ki, bunu Biləsuvarı parlamentdə təmsil edən millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Səlahiyyətlərimin icrasına başladığım gündən bu məsələni dəfələrlə qaldırmışam, sonuncu dəfə qısa bir müddət öncə Parlamentin tribunasından səslənmişdim, zamanında tədbirlər görülməlidir, əks halda Biləsuvarın kəndləri bu il də susuz qalacaq. Bəli, artıq yuxarı kəndlərimizdə kanallar tam quruyub. Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır. Bu gün yerli icra hakimiyyəti tərəfindən təşkil edilib kəndlərə maşınla su göndərilidi, amma nə vaxta qədər bunu etməyə imkan çatacaq?”-deyən millət vəkilinin sözlərinə görə, məsələ yerli səviyyədə həll olunacaq problem deyil, mərkəzdən köklü yanaşmaya ehtiyac var.
“Ona görə də hökumət strukturlarından xahiş edirəm, hər ötən il vəziyyət daha da çətinləşir, bu məsələyə mümkün qədər tez əncam çəkilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO








