Nəqliyyat işçiləri tətil edirlər

İtaliyada yerli ictimai nəqliyyatda 24 saatlıq milli tətil elan olunub.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil ediblər. Buna səbəb kimi işçilərin əmək müqavilələrinin yenilənməməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməməsi və bu sektorda islahatların aparılmaması göstərilir.
Paytaxt Romada avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Milan, Turin, Neapol, Genuya və Bolonya kimi ölkənin digər böyük şəhərlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.
Bu, 2005-ci ildən bəri ilk böyük tətildir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












