Nəqliyyat Könüllülərinin “Bakubus” MMC və STM MMC-yə təcrübə səfəri təşkil edilib

Nəqliyyat Könüllülərinin “Bakubus” MMC və STM MMC-yə təcrübə səfəri təşkil edilib.
Könüllülərə “Bakubus” MMC-nin yaranma tarixi, əldə olunan uğurlar, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib və əməkdaşların gündəlik iş prosesi ilə yaxından tanış olublar.
Bildirilib ki, ətraf mühitin qorunması “BakuBus”MMC-nin əsas fəaliyyət prinsiplərindəndir. İstehsalat bazasında avtobusların yuyulmasında istifadə edilən suyun emaldan sonra təkrar istifadə edilməsi də məhz bu prinsipə xidmət edir. Xüsusilə, pandemiya dövründə sərnişindaşımaların təşkili, əks-epidemik tədbirlərin görülməsi və hərəkətin təminatçıları olan sürcülərin sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlər barədə könüllülər əyani tanış olublar. Kiçik fləşmob təşkil edən könüllülərimiz hərəkətin təminatçılarına öz təşəkkürlərini bildirib.
Sonra, könüllülər Sürücü Təlim Mərkəzinin ərazisini gəzib, yaradılan şəraitlə tanış olub. Sürücü Təlim Mərkəzi və avtobus sürücüləri üçün təşkil edilən təlimlər, simulyatorların iş prinsipi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına imkan verir. Mərkəzdə keçirilən məşğələlər əsasən, “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” və s. mövzuları əhatə edir.
Könüllülərimiz üçün təşkil edilən bu kimi səfərlər təcrübə müddətində əldə olunan biliklərin daha da artırılmasına şərait yaradır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












