Nəqliyyatda qiymət artımı ilə bağlı sorğu keçirilib

Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fevral ayı üzrə avtobusların hərəkət intensivliyi və süni qiymət artımı ilə bağlı nəqliyyat könüllüləri tərəfindən sərnişinlər arasında anonim sorğu keçirilib.
Avtosfer.az-ın məlumatına görə, bu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2021-ci ilin birinci rübü üzrə görülən işlər barədə rüblük hesabatında öz əksini tapıb.
Bildirilib ki, qeyd olunan narazılıqlarla bağlı müvafiq qaydada tədbir görülüb. Həmçinin xidmətdə vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə mart ayında Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşlar arasında nəqliyyat könüllüləri tərəfindən anonim sorğu təşkil edilib.
Qeyd edilib ki, daşıyıcı şirkət rəhbərləri ilə regional şöbələrin vəzifəli şəxsləri arasında fərdi görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyata əmək müqaviləsi ilə işə cəlb olunan sürücülərin pandemiya zamanı süni qiymət artımına yol vermə halları aşkarlanarsa, müvafiq qaydada tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












