Norilsk-Ufa-Bakı istiqamətində aviareyslər həyata keçiriləcək

Rusiyanın "NordStar" aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə uçuşlara başlayır.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, aviareyslər mayın 21-dən həyata keçiriləcək.
"NordStar" aviaşirkətin saytında artıq biletlər satışa çıxarılıb. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçiriləcək. Təyyarə yerli vaxtla Norilskdən 11:15 qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq. Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatacaq.
Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxacaq, Ufaya 22:35-də çatacaq, Ufadan isə şənbə günü gecə 01:50-də qalxacaq və 07:15-də Norilskə çatacaq.
Məlumatda deyilir ki, Azərbaycana uçuşa yalnız Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərin əməkdaşlarına və ailə üzvlərinə, Azərbaycan vətəndaşlarının ailə üzvü olan xarici vətəndaşlara, Azərbaycanda işləməyə icazə verilən xarici vətəndaşlara, Azərbaycanda təhsil alan şəxslərə, həmçinin Nazirlər Kabinetinin Qərargahından xüsusi icazəsi olan xarici vətəndaşlara icazə verilir.
Bundan əlavə, Azərbayacana gələn sərnişinlər koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olmalıdır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












