Odessa limanlarında 16 gəmi yola düşməyi gözləyir

Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi kənd təsərrüfatı məhsullarının yüklənməsi üçün gəmilərin gəlməsinə dair yeni müraciətlər alır:
"Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi var və onlar yola düşməyi gözləyir. Bunlar fevralın sonundan limanlarda qalan gəmilərdir. Yaxın gələcəkdə biz kənd təsərrüfatı məhsullarının tam ötürülmə qabiliyyətinə çatmağı planlaşdırırıq”.
Timoşenko vurğulayıb ki, limanların işə düşməsi ölkə iqtisadiyyatına azı 1 milyard dollar gəlir gətirəcək.
Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.
modern.az
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












