Lənkəranda oğurlanan avtomobil Masallıda aşkarlandı - FOTO
Xəbərlər
16 Aprel 2021 10:21

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb. Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Girdəni kənd sakininə məxsus “VAZ-2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.
Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1276
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 13:55
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
ŞƏRH YAZ












