Oğuzda təşkil olunan şənlikdə pandemiya tələbləri pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Oğuz rayonu, Xaçmaz kəndində fəaliyyət göstərən “Zirvə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Prezident Nazirliklə bağlı FƏRMAN İMZALADI
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq










