Öldürülən polisə görə ölkədə matəm elan etdi

İsveçdə 1 polis məmurunun qətlinə görə «Milli matəm» elan edilib. Ölkə daxilində bayraqlar yarıya qədər endirilib.
Avtosfer.az bildirir ki, İsveçin Göteborq şəhərinin Hisingen bölgəsindəki Biskopsgarden məhəlləsində vəzifəsini yerinə yetirərkən hücuma məruz qalan bir polis məmuru öldürülüb. Geniş miqyaslı istintaq başlanılsa da, bu günə qədər heç bir şübhəli qeydə alınmayıb. Hadisənin arxasında narkotik dəstələrinin dayandığı iddia edilib. Sosial mediada yayımlanan görüntülərdə növbətçi polis məmuruna qəfildən hücum edildiyi və kiminləsə söhbət edərkən yerə yıxıldığı görünür. Dostlarının ilkin tibbi yardım göstərməsinə baxmayaraq polis məmuru hadisə yerində ölüb. Son illərdə narkotik şəbəkələrinin artması ilə İsveçdə küçənin ortasında öldürülənlərin sayı da artmaqdadır. İsveç dövləti matəm elan etməklə polisinə nə dərəcədə dəyər verdiyini bir daha hamıya nümayiş etdirib.
Aysel
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












