Ölkədə benzin və dizel satışları artıb

Azərbaycanda 2021-ci ilin yanvar-iyul ayları ərzində 2 417 000 000 manat dəyərində neft məhsulları istehsal olunub.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.
Bu dövr ərzində ölkədə 690 100 ton avtomobil benzini, 1 458 700 ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 3,6 faiz azalıb, dizel yanacağının istehsalı isə 11,9 faiz artıb.
Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 88,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4 faiz, neft koksunun istehsalı 21,1 faiz, neft bitumunun istehsalı 14,3 faiz, ağ neftin istehsalı 3,9 faiz artıb, yanacaq mazutunun istehsalı isə 39 faiz azalıb.
Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 1 393 500 000 manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












