Ölkədən qızılın qanunsuz çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Kanal”a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qəhvəyi rəngli çamadanın və qara rəngli baqajın içərisində gömrük nəzarətindən gizlədilən dörd ədəd sırğa-üzük dəsti, bir ədəd sırğa-üzük-klon dəsti və bir ədəd qolbaq aşkar edilib.
Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 114 qram olan zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












