Ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
DSX əməkdaşlarının sayığlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14841 ədəd dərman preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aprel ayının 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycan Respublikasına rəsmi qaydada gələn Azərbaycan Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi “MAN” markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram “tiryək”, 2716 qram “marixuana”, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılmışdır.
Faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












