Önü qaldırılan "Niva"nın sürücüsü şəhərdə özünə klip çəkdirdi - VİDEO

Yenə burnu göydə gedən «Niva»lardan biri Bakı küçələrində şou göstərib. Avtomobilin görünüşünü dəyişməyi azmış kimi sürücü video klipini də hazırlayıb sosial mediyada paylaşıb.
Avtosfer.az bildirir ki, 10-SE-808 nömrə nişanli «Niva» markalı avtomobilin sürücüsü qaydalara uyğun olmayacaq şəkildə avtomobilinin ön hissəsini «şaxə» qaldırıb. Avtomobildə bu cur dəyişikliklər etmək qanunvericiliyə uyğun gəlmədiyi üçün bəzi cərimələr tətbiq edilir.
Amma, məsələ bundadır ki, belə avtomobillərin sürücüləri cərimələrdən qorxmayacaq dərəcədə gövdə göstərişi etməyi sevirlər. Bundan hansı zövqü alırlar, nədi onları buna sövq edən anlamaq mümkün deyil. Əgər belləri ağrıdığından avtomobilin qabağını qaldırlarsa ki, arxaya yaxşı söykənə bilsinlər, o zaman sadəcə bellərinin arxasına kiçik döşəkçə qoysalar məsələ həll olar. İşin zarafat qismi bir yana, önü qaldırılan avtomobildə sürücünün qarşısını görməsi çətinləşir, balaca bir uşaq yola qaçsa onu görmədən əzib keçmək ehtimalı çox yüksəkdir. Bundan başqa önü qaldırılan avtomobillərin arxa körpüsünə ağırlıq düşdüyündən o, tez sıradan çıxır, sürətlər qutusunun fəaliyyəti zəifləyir, əyləcə və əyləc məsafəsinə də mənfi təsir göstərir.
Önü yuxarıda olan maşında əyləşənlər özlərini göyün yeddinci qatında hiss edirlərsə, acı bir həqiqət deyək, siz yerdəsiz, heç bir yana qalxmamısınız. Əyləşdiyiniz də təyyarə deyil, sadəcə «Niva»dır.
Aysel
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












