"Ermənilər artıq mühasirədə idilər, ..." - Zakir Həsənovdan ŞOK AÇIQLAMA - VİDEO

Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyini göstərir.
Avtosfer.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində Ağdam əməliyyatından danışarkən deyib.
O bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu əsas zərbə istiqamətini ayrı yerə yönəldib və planları dəyişdidirib:
“Döyüşlər, düzgün planlaşdırma nəticəsində biz müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqmətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, onlar hərəkət edə bilmədilər, hansısa qoşun orada onlara köməyə gələ bilmədi. Hətta biz Şuşa əməliyyatı keçirəndə onlar artıq oraya dəstəyə gələ bilmədilər. Bizim əməliyyatımız nəticəsində həm Suqovuşan, həm də Xocavənd istiqamətində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü”.
“Ermənilər də bunu yaxşı bilirlər. Artıq ermənilərə ruslar izah etdilər ki, onları nə gözləyir. Praktiki olaraq ermənilər artıq mühasirədə idilər, bir neçə gün sonra isə tam olaraq mühasirəyə düşəcəkdilər. Mən tapşırıq vermişdim, biz bütün toplarımızı o ətrafa cəmləşdirirdik. Bir neçə gün sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriyadan şumlanacaqdı. Oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də bunu başa düşüb, kapitulyasiyaya qol çəkdilər”.
Müsahibənin tam versiyasını təqdim edirik:
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












