Banner

Orqanizmin funksiyalarının 100 faiz itirilməsi əlillik hesab olunur? - VİDEO

Xəbərlər 18 Avqust 2021 18:49
Orqanizmin funksiyalarının 100 faiz itirilməsi əlillik hesab olunur? - VİDEO
WhatsApp kanalımıza abunə olun

Gələn il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq. 

​
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, yeni qaydalar əlilliyin dəqiq təyin olunmasında daha geniş imkanlar yaradır.

Yeni tətbiq olunacaq metodda orqanizmin funksiyalarının 81-100 % itirilməsi əvvəlki qayda ilə 1-ci qrup əlilliyə bərabərdir. Lakin orqanizmin funksiyalarının 100 % itirilməsi tibbi baxımdan ölüm sayılır.

Bəzi hallarda orqanizmin funksionallığının itirilmə dərəcəsi ən aşağı faiz göstəricisinə bərabər olsa da, bu həmin insanın əmək fəaliyyətinin 100 % itirilməsi ilə nəticələnə bilər. Məsələn, pianoçunun barmaqlarından birini itirməsi kifayətdir ki, o, öz peşəsini icra edə bilməsin.

Bir daha yada salaq ki, gələn ildən ənənəvi qayda ilə 1-ci qrup əlilliyi olan şəxslər orqanizmin funksiyalarının 81-100 faiz, ikinci qrup 61-80 faiz, 3-cü qrup isə 31-60 faiz itirilməsi ilə qiymətləndiriləcək.///oxu.az

Oxunub : 1626
ŞƏRH YAZ
Ad

E-mail

Şərh