Orta Dəhlizlə 40 blok qatarın göndərilməsi planlaşdırılır
Bu ay Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 40 blok qatarının göndərilməsi planlaşdırılır. Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin nümayəndə heyətinin Çinə səfəri zamanı olub.
"Görüşlərdə Orta Dəhlizlə daşınan yüklərin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. Bu o deməkdir ki, ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır", - deyə R.Rüstəmov əlavə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












