Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub - FOTO
Xəbərlər
28 İyul 2021 19:15

Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər. Onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.
Bu barədə Avtosfer.az-a ASCO-dan məlumat verilib.
Kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.
“Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.



Oxunub : 1248
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ












