Özünü bağça müdiri kimi təqdim edərək dələduzluq edən şəxslə bağlı cinayət işi başlanıb - VİDEO

Özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər.
Baş Prokurorluğun Mətbuat Xidmətiundən Avtosfer.az-a verilən məlumata görə, toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Məmmədova Nigar Şəmşir qızı Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












