Pakistan TIR çərçivəsində Azərbaycanla logistik əlaqələr qurmaq niyyətindədir

Pakistanın "National Logistics Cell" (NLC) multimodal logistika şirkəti qısa müddət ərzində Azərbaycan və Türkiyə ilə TIR ("Transports Internationaux Routiers") çərçivəsində nəqliyyat və logistik əlaqələr qurmağı hədəfləyir.
Avtosfer.az-ın verdiyi məlumata görə, şirkət bu yaxınlarda Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Avtorizasiya Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatlarının asanlaşdıran və beynəlxalq zəmanət verən TIR-ə qəbul edilib. Bu, yüklərin sərhəddən prosedur problemi olmadan keçməsinə imkan verir və buna qədər Pakistanın beynəlxalq ticarətin genişləndirməsi üçün əsas çatışmazlıqlardan sayılırdı. Hazırda NLC TIR çərçivəsində ilkin olaraq Azərbaycan, Türkiyə və Türkmənistanla nəqliyyat və logistik əlaqələr qurmağı planlaşdırır və bunun sayəsində regional ticarətdə aparıcı TIR operatoru olmağı hədəfləyir. NLC dəniz yolu ilə ənənəvi ticarətlə məşğul olan uzun və vaxt aparan proseslərdən qaçaraq bizneslərə kompleksli logistika xidmətləri təklif edir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












