Pakistanda avtomobil yollarına təklif edilən investisiyalar müzakirə olunub

Azərbaycan Pakistanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Avrosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin özəlləşdirmə və kommunikasiyalar üzrə federal naziri Əbdül Alim Xanla görüşərkən söyləyib.
Görüş çərçivəsində tərəflər Pakistan ilə Azərbaycan arasında ticarət tərəfdaşlığının təşviqi barədə razılığa gəliblər.
Nazir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etdiyini və Azərbaycan Respublikasının Bakıda qlobal platformada ölkənin potensialını nümayiş etdirdiyini bildirib. O, Pakistanın COP29-da güclü təmsilçiliyini yüksək qiymətləndirib.
Daha sonra azərbaycanlı diplomat və pakistanlı nazir Kəraçi-Sukkur və Sukkur-Heydərabad M6 və M9 avtomobil yollarına təklif olunan investisiyaları müzakirə ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












