Paşinyan: “Biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanımışıq”

Əgər bu görüş məhbusların qaytarılması məsələsini həll edərsə, Ermənistan noyabrın 9-da onlayn görüşə hazır idi. Bu gözlənilmədiyi üçün görüşün vaxtının dəyişdirilməsi "təklif olundu”. Bunu noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, o, görüşün noyabrın 15-nə təxirə salınmasını təklif etsə də, görüşün noyabrın 26-da üzbəüz keçirilməsi təklif olunub.
Paşinyan iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasına münasibət bildirərkən deyib ki, Ermənistan Azərbaycanla birbaşa təmaslardan yayınmayıb və bundan yayınmır. Bu, "təxribat"ı kimin törətdiyini müəyyən etməyə imkan verəcək", - o bildirib.
Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə toxunaraq, o qeyd edib ki, "humanitar məsələlər, o cümlədən məhbuslar” müzakirə olunacaq.
Noyabrın 26-da Soçidə keçiriləcək görüşə gəlincə, ona hazırlıq çoxdan gedir, Paşinyan deyib. Böhranların qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha tez-tez olmalıdır.
Daha sonra Paşinyan Azərbaycanı "Zəngəzur dəhlizi” mövzusunu irəli sürərək kommunikasiyaların bloklanması üzrə danışıqları pozmağa çalışmaqda ittiham edib. "İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”, - o bildirib.
Paşinyanın sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı məsələlərdir ki, onlar ayrıca müzakirə olunmalıdır.
Daha sonra Paşinyan mühüm etiraf etdi ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində və bəyannamə və dövlətlərarası saziş imzalayaraq "qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıblar”.
"O zaman Qarabağ problemi də var idi. Sual olunur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, huquq məsələdir”, - Paşinyan izah edib.
Kommunikasiyaların açılmasına gəlincə, yollar ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində işləyəcək və yollardan paritet istifadə oluna bilər, - Paşinyan dedi.
(Turan)
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











