Paşinyanın istefası tələbi ilə avtoyürüş keçirilir

Ermənistan müxalifəti İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə daha bir avtoyürüş keçirir.
Avtosfer.az xəbər verir ki, aksiya paytaxtın kənarından başlayıb, yürüşlərin biri Myasnikyan prospektindən start götürüb. Sürücülər aşağı sürətlə şəhərin mərkəzinə doğru hərəkət edir, sonra yenidən prospektə qayıtmağı planlaşdırırlar.
Analoji aksiyalar dünən də təşkil olunub və nəticədə uzun avtomobil tıxacları yaranıb. Mayın 11-də olduğu kimi, bu gün də müxalifət İrəvanın mərkəzində mitinq və yürüş keçirməyi planlaşdırır. Ötən gün nümayişçilər yürüşün gedişində şəhər meriyasının binasını bloklamışdı. Dövlət müəssisələrinin bloklanması bu gün də gözlənilir.
Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilər hesab edirlər ki, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsini yaradır.
"Unikal"
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












