PDF-nin yaradıcısı vəfat edib

ABŞ-da proqram təcizatı buraxan "Adobe" şirkətinin təsisçilərindən və PDF formatını yaradanlardan biri olan Çarlz Geşke 82 yaşında vəfat edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Şantanu Narayenin işçilərinə göndərdiyi məktubunda bildirilir.
Associated Press məktubdan sitat gətirərək yazıb: "Bu, bütün "Adobe" cəmiyyəti və on illərdir bələdçi və qəhrəman olduğu texnoloji sənayesi üçün böyük itkidir".
Ç.Geşke Karnegi-Mellon Universitetində doktorluq dərəcəsini alıb və daha sonra Palo Alto şəhərində "Xerox" araşdırma mərkəzində çalışıb, 1982-ci ildə amerikalı alim Con Uornokla "Adobe" şirkətini qurub. 2009-cu iki təsisçi o zamanki ABŞ prezidenti Barak Obama tərəfindən Milli texnologiya və innovasiya medalı ilə təltif ediliblər.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












