Peyvənd olunmazdan əvvəl nələrə diqqət yetirməliyik?

Rusiyalı həkim-terapevt Olqa Kaşubina peyvənd olunmazdan əvvəl nələrə diqqət yetirməyin lazım olmasından danışıb.
Bu barədə o, “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.
Həkim koronavirus peyvəndinin ilk dozasını istirahət gününə təyin olunmasını tövsiyə edib:
“Məsləhətim budur ki, bəzi yan təsirlərin ola biləcəyini əsas götürərək cümə günü ya da çox ağır olmayan bir gündə peyvənd vurdurasınız”.
Kimsə peyvəndi rahat qəbul edir, kiminsə hərarəti qalxır və bədəni ağrıyır, buna görə peyvənd vurulan gün uzanmaq və hisslərinizi analiz etmək daha yaxşıdır. Həkimin dediyinə görə, ilk dozanın reaksiyasına əsasən dərmanın ikinci dozasından sonra hansı reaksiya verəcəyini təxmin etmək olar.
“Belə bir köhnə tövsiyə var: istənilən peyvənddən öncə anti-allergiya dərmanları istifadə etmək vaksinasiyanı rahat keçirməyə imkan verir. Bunu etməyin, bu pis məsləhətdir”, - deyə mütəxəssis vurğulayıb.///fins.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












