Peyvənddən neçə gün sonra antikor səviyyəsi düşür?

Ümumi antikor səviyyəsi tam peyvənddən 6 həftə sonra enməyə başlayır və 10 həftə ərzində 50 faizdən çox azala bilir.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London Universitet Kollecinin tədqiqatçıları danışıb. İngilis alimlərinin apardığı araşdırmanın nəticələri “Lancet” elmi jurnalında dərc olunub.
Mütəxəssislər 600 nəfərdən alınan məlumatları analiz edərək iki dozalı “Pfizer” və “AstraZeneca” peyvəndlərindən sonra yaranan antikor səviyyələrini müqayisə edib. Məlum olub ki, “Pfizer” vaksininin yaratdığı antikor sayı əhəmiyyətli dərəcədə yüksəkdir. Eyni zamanda antikorlarda azalmanın klinik nəticələri hələ aydın deyil, odur ki, koronavirusa qarşı qorunma səviyyəsinin düşməsi barədə danışa bilmərik. Digər tədqiqatlar vaksinlərin COVID-19-un ağır formalarının qarşısının alınmasında təsirli olduğunu göstərir.
Alimlərin fikrincə, antikorlar bu sürətlə azalmağa davam edərsə, bu, peyvəndlərin, xüsusən də virusun yeni variantlarına münasibətdə qoruyucu xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












