Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA

Sabahdan iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.
Bəs peyvəndin birinci dozasını vurduran şəxslər mehmanxanalarda qala bilərmi?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi açıqlamasında bildirib ki, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən mehmanxanalara buraxılacaqlar:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, peyvənd vurduran şəxslər COVID-19 pasportu ilə hotellərə daxil ola bilərlər”.
Koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə də buraxılacaqlar”.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, sentyabrın 1-dən mehmanxanalarda, iri ticarət və ictimai iaşə obyektlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edəcəklər:
“Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”.
O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












