"Pfizer" 2-8 dərəcədə yalnız 31 gün saxlanıla bilər

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən “Pfizer” peyvəndi müsbət 2-8 dərəcəlik şəraitdə saxlanıla bilər.
Avtosfer.az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusundakı çıxışı zamanı deyib.
E.Quliyev bildirib ki, “Pfizer” vaksini belə şəraitdə yalnız 31 gün saxlanıla bilər:
“Almaniya istehsalı olan “Pfizer” peyvəndi 5 gün termokonteynerdə qala bilir. Beş gündən sonra termokonteynerdə olan peyvəndlər mənfi 60-80 dərəcəlik soyuduculara boşaldılır. Vaksini maksimum 3-5 dəqiqə ərzində boşaltmaq lazımdır. Onu da qeyd edim ki, “Pfizer” vaksini ultra soyuq zəncir tələb etdiyi üçün mənfi 60-80 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Lakin “Pfizer” peyvəndinin müsbət 2-8 dərəcədə də saxlanıla bilməsi elmi araşdırmalar nəticəsində təsdiq edilib. Həmin vaksin müsbət 2-8 dərəcədə 31 gündən çox saxlanıla bilməz”.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi "Pfizer” vaksininin istifadəsinə 2021-ci il iyunun 7-də başlanılıb. "Pfizer” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












