Pfizer-in COVID-19 peyvəndi tam təsdiq edildi

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) Pfizer şirkətinin COVID-19-a qarşı peyvəndini tam təsdiq edib.
"İctimaiyyət Ərzaq və Dərman İdarəsinin bu peyvəndin təsdiq edilməsi üçün tələb etdiyi yüksək təhlükəsizlik effektivliyi və istehsal keyfiyyətinə cavab verdiyinə əmin ola bilər" - deyə, FDA komissarı vəzifəsini icra edən Canet Vudkok bazar ertəsi verdiyi açıqlamasında bildirib.
Pfizer-BioTech tərəfindən istehsal olunan peyvənd keçən ilin dekabr ayında təcili istifadə üçün təsdiq edilib.
Bu peyvənd ABŞ-da 200 milyondan çox, dünyada isə 100 milyonlarla dozada tətbiq edilib.
Ümumdünya Səhiyyə Təşkilatı bu yaxınlarda azgəlirli ölkələrin daha çox peyvənd dozası almasına imkan vermək üçün azı sentyabr ayının sonuna qədər dünya miqyasında COVID-19 peyvəndinin gücləndirici dozalarının moratoriumuna çağırıb.
ABŞ-ın gücləndirici doza proqramı çox ehtimal ki, sentyabr ayında başlayacaq və ilk növbədə bu, COVID-19 peyvəndinin vurulması vacib olan insanlara tətbiq ediləcək. Bu qrupa ön cəbhədəki tibb işçiləri, qocalar evlərinin sakinləri və digər yaşlı insanlar daxildir.
ABŞ-da COVID-19 peyvəndi almış insanların çoxuna Pfizer və ya Moderna vaksinlərinin iki dozası, digərlərinə isə Johnson & Johnson peyvəndinin bir dozası vurulub.
Yeni doza virusun olduqca yoluxucu Delta variantına qarşı daha çox qorunmaq üçün nəzərdə tutulub.//Amerikanınsəsi
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












