"Pfizer" vaksinini 2-8 dərəcə temperaturda saxlamaq olar - TƏBİB

“Bütün vaksinlər də dərman vasitəsidir. Sadəcə peyvəndlər bioloji dərman vasitələri qrupuna aiddir. Bu digərlərinə nisbətən daha həssas qrupa aiddir. Çünki onun saxlanma və istifadə şəraiti fərqlidir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.
TƏBİB rəsmisi qeyd edib ki, koronavirus əleyhinə istifadə olunan vaksinlərin hamısı kliniki tədqiqatlardan keçirilib: “Bu da o deməkdir ki, onların təhlükəsizliyi təsdiqlənib. Sadəcə bunlar yeni vaksin növü olduğundan araşdırılması istiqamətində işlər daim davam edir. Bu tip vaksinlərin daşınması və saxlanma qaydasına xüsusi diqqət yetirilməlidir. Vaksinlərin tələb olunan şəraitdə saxlanılması üçün də ölkədə bütün lazımi tədbirlər həyata keçirilib”.
Departament rəhbəri bildirib ki, monitorinq şöbəsi dərmanları qəbul edən zaman aktlaşdırır: “Vaksin 5 gün termokonteynerdə qala bilir. Onu boşaltmaq üçün maksimum 5 dəqiqə vaxt tələb olunur. Pfizer vaksini -70 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Araşdırmalar nəticəsində təsdiqləndi ki, Pfizer vaksinini 2-8 dərəcə selsidə 31 günə qədər saxlamaq mümkündür. Bu da işləri asanlaşdırdı”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












