Polad Həşimovun xatirə muzeyi və büstünün açılışı olub - FOTO/VİDEO

Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.
Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, təhsil nazirinin sektor müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri və iştirak edib.
Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub.
Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lenti kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar. Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.
Polad Həşimovun şəhid olduğu günə təsadüf edən tədbirdə çıxışçılar qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən bəhs ediblər.
Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI



















