Poliklinikanın qapısını sındıran şəxsdən AÇIQLAMA - VİDEO

Bir neçə gün öncə Bakının Xətai rayonunda vaksinasiya prosesində özünü qazi kimi təqdim etdiyi iddia edilən və poliklinikanın şüşələrini sındıran Ceyhun Ağayev Baku TV-yə müsahibə verib.
O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı kəllə-beyin travması aldığına görə məlum proses zamanı əsəblərini cilovlaya bilməyib:
“İşdən icazə alıb öz ərazimiz olan 7 saylı şəhər poliklinikasına yaxınlaşıb özüm və həyat yoldaşım üçün sıra növbəsi götürdüm. Sırada gözləyənlərin çox olduğunu görüb işçiyə dedim ki, əgər növbə çatmayacaqsa mən gedim sabah gələrəm, xəstə adamam, gözləyə bilmirəm. Saat 16:00-da adamların azalmadığını görüb bir daha yaxınlaşdım və dedilər ki, narahat olmayın keçəcəksiniz. Saat 18:00-da bir daha yaxınlaşdığım zaman mənə bildirdilər ki, artıq adlarınız içəri gedib sıra ilə içəri keçəcəksiz narahat olmayın. Saat 6-nı keçdikdən sonra bir xanım yoldaşıma yaxınlaşıb həkimlərin artıq getdiyini dedi. Mən oradakı işçiyə yaxınlaşdığım zaman içəridə həkimlərin olmadığını bildirdi”.
C.Ağayev əlavə olaraq qeyd etdi ki, orada qazi olduğunu vurğulamayıb sadəcə Qarabağ uğrunda can qoyduğunu və hörmətsizlik gördüyünü deyib:
“Mən növbədən kənar daxil olmağa çalışmamışam günorta saatlarından bizi yalandan gözlətdikləri üçün artıq əsəblərimi cilovlaya bilmədiyimə görə məlum hadisəni törətmişəm”.
Daha ətraflı Baku TV-nin süjetində:
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












